Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 16:03
12 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı, ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyublar.
Sonxeber.net xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.