Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ahmet Çakar xəstəxanaya yerləşdirildi - FOTO

Ahmet Çakar xəstəxanaya yerləşdirildi - FOTO

Tarix: 12 Dekabr 2025 12:58

Futbolda qanunsuz mərc oyunları ilə bağlı istintaq zamanı ötən cümə günü saxlanılan keçmiş hakim və tanınmış futbol şərhçisi Ahmet Çakar təcili xəstəxanaya aparılıb.

Sonxeber.net xəbər verir ki, ona angioqrafiya proseduru edilib. Bundan sonra səhhətinə görə Ahmet Çakar haqqındakı saxlanılma qərarı ləğv edilib.

Xəstəxanada aparılan ətraflı müayinələrdən sonra evə buraxılan Ahmet Çakarın səhhəti yaxşılaşdıqdan sonra hüquqi proseslər üçün məhkəməyə aparılması planlaşdırılıb.

Lakin Ahmet Çakarın səhhəti gözlənilmədən pisləşib və yenidən infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib.


Etiketlər:  Ahmet Çakar xəstəxanaya yerləşdirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ