Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bugünkü mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır - Məzahir Pənahov

Azərbaycanın bugünkü mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır - Məzahir Pənahov

Tarix: 12 Dekabr 2025 14:27

Azərbaycanın bu gün mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.

Sonxeber.net xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarəti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Əlbəttə, bu, Azərbaycanın tarixində, məncə, ən əhəmiyyətli günlərdən biridir. Azərbaycan xalqının böyük oğlu, mübaliğəsiz deyə bilərik ki, yüz illərdə bir, bəlkə də min ildə bir doğulan bir xalq nümayəndəsinin anım günüdür. İnsanların bu günə hər il daha da artan sayda toplaşması da təbiidir. Zaman keçdikcə belə insanların gördüyü işləri biz daha dərindən anlayırıq. Şəxsən mənim üçün Azərbaycanın bu gün mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər Birliyinin dağılma dövründə ölkəmiz üçün yazılan mənfi ssenariləri pozmaq yalnız böyük bir gücə malik şəxsiyyətin işi ola bilərdi. Heydər Əliyev faktoru bu baxımdan çox önəmlidir. Müstəqilliyimizi qoruyub saxlamaq, dövlətçiliyi qurmaq və gələcəyə aparmaq onun adı ilə bağlıdır".

MSK sədri qeyd edib ki, bu prinsiplər əsasında qurulan dövlət daha sonra İlham Əliyev və Mehriban xanımın rəhbərliyi ilə sürətlə inkişaf etdi. Onlar da eyni xətti qoruyub saxladılar və Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər.

"Bu gün Azərbaycan dünya miqyasında söz sahibi bir ölkəyə çevrilib və bu da təsadüfi deyil. Biz daim diqqətli olmalı, arxayınlaşmamalı və öz sahəmizdə bu prinsiplər üzərində çalışmalıyıq. Mən əminəm ki, Ulu Öndərin ruhu da şaddır, çünki onun arzu etdiyi dövlət bu gün mövcuddur. İlham Əliyevə olan etimadının nə qədər əsaslı olduğunu bu gün biz görürük. Gənclərimizə də tövsiyəm odur ki, bu tarixi düzgün qiymətləndirsinlər və bu siyasi xətt ətrafında birləşsinlər",-deyə o əlavə edib.


Etiketlər:  Azərbaycanın bugünkü mövcudluğu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır Məzahir Pənahov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ