Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''ın daha 2 futbolçusu həbs edilə bilər

''Qalatasaray''ın daha 2 futbolçusu həbs edilə bilər

Tarix: 12 Dekabr 2025 12:02

"Qalatasaray"ın daha iki futbolçusu - Barış Alper Yılmaz və Abdülkerim Bardakçı ilə bağlı mərc şübhələrinə dair yeni araşdırma başladılıb.

Milli.az-ın məlumatına görə, istintaqa səbəb komandanın gənc müdafiəçisi Metehan Baltacıya aid "WhatsApp" yazışmalarının üzə çıxmasıdır.

Söhbət həmin yazışmalarda yer alan "Eren, Barış və Abdülkerimin cəzası azaldılıb, mənə də əlavə ediblər" ifadəsindən gedir.

Məhz bu qeydlər prokurorluğun hərəkətə keçməsinə səbəb olub.

Qeyd olunur ki, hazırda Türkiyədə qeyri-qanuni mərc və qumara görə təxminən 20-yə yaxın futbol adamı həbsdə saxlanılır və bu rəqəmin daha da artacağı gözlənilir.


Etiketlər:  Qalatasarayın daha futbolçusu həbs edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ