Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı Rusiyanın ''kölgə donanmasına'' qarşı mübarizəni gücləndirməyə hazırlaşır

Avropa İttifaqı Rusiyanın ''kölgə donanmasına'' qarşı mübarizəni gücləndirməyə hazırlaşır

Tarix: 12 Dekabr 2025 13:28

Avropa İttifaqı (Aİ) Rusiyanın “kölgə donanması”na qarşı mübarizə aparmaq üçün dəniz hüququnun daha sərt şəkildə tətbiqinə başlamağı planlaşdırır.

Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Müzakirə mərhələsində olan Aİ ölkələri arasında razılaşdırılan bəyannamə layihəsinə əsasən, Aİ Moskvanın kölgə donanmasına zərbə vurmağa və mövcud beynəlxalq dəniz hüququnu daha sərt tətbiq etməklə onun hərbi gəlirlərini azaltmağa hazırlaşır”, - deyə “Euractiv” nəşrinin öz mənbələrinə istinadən verdiyi məlumatda qeyd olunur.

Qeyd olunur ki, hazırda BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının Aİ ölkələrinin hakimiyyət orqanlarına sualtı kabellərə və boru kəmərlərinə təhlükə yaratmaqda “şübhəli bilinən” gəmiləri yoxlamaq üçün daha geniş səlahiyyətlər verən şərhi hazırlanır.


Etiketlər:  Avropa İttifaqı Rusiyanın kölgə donanmasına qarşı mübarizəni gücləndirməyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ