Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Tarix: 12 Dekabr 2025 14:12

Bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 21,122 milyard kub-metr qaz nəql edilib.

Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,1 milyon kub-metr və ya 1,6% çoxdur.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 36,303 milyard kub-metr qaz nəql edilib. Qazın nəqlinin 58,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.


Etiketlər:  Bakı Tbilisi Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə nəqlinin həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ