Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 12:55
Bəstkar-müğənni Hikmət Aslanov canlı efirdə Aysun İsmayılovanın onun mahnısını oxumasına etiraz edib.
Sonxeber.net xəbər verir ki, o, Rəqsanə İsmayılova ilə qızının qonaq olduğu verilişə qoşularaq mahnısının Aysun İsmayılovanın ifasında səsləndirilməsinə narazılığını bildirib.
Onun etirazına səbəb müğənni Rəqsanə İsmayılovanın zarafatla dediyi fikirləri ciddi qəbul etməsi olub.
Aslanov efirdə sərt ifadələr səsləndirib:
"Nəyə icazə vermirəmsə, onu oxumaq olarmı? Ayıbdır axı. Köhnə mahnılarımı ona verib oxutdurmuşam, heç nə deməmişəm. Amma mənim haqqımda pis sözlər danışır. 'Hikmətin gözü çıxsın, Allah öldürsün' - bu sözləri demişdi. Bir kəlmə cavab vermədim. Mən kimə nə pislik etmişəm ki, belə danışılsın? Rəqsanə xanım özü TikTok-da canlı açıb bütün millətin qarşısında bunu deyib. Bu, zarafatdır?".
Rəqsanə isə "Mən deməklə gözün çıxmayaq ki..." deyərək, gərginliyi bitirmək istəyib.
Musa