Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 10:14
"Real Madrid" La Liqanın 16-cı turunda dekabrın 14-də "Alaves"lə keçirəcəyi oyunda qələbə qazana bilməsə, baş məşqçi Xabi Alonsonun vəzifədən uzaqlaşdırılması gündəmə gələ bilər.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, "La Sexta" telekanalının jurnalisti Xose Sançes bu iddianı "X" sosial şəbəkəsində paylaşıb.
Bundan əvvəl də mediada Alonsoya qarşı istefa tələblərinin gücləndiyi, xüsusilə Çempionlar Liqasının altıncı turunda "Mançester Siti"yə 2:1 hesablı məğlubiyyətdən sonra onun postunu itirə biləcəyi yazılmışdı. Lakin həmin vaxt qərar verilməmişdi.
Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayından etibarən "Real Madrid"ə rəhbərlik edir. La Liqanın 16 turu arxada qaldıqdan sonra Madrid klubu 36 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır.
Hüseyn