Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arda Turanın komandası ikinciliyə yüksəldi - 3 dəqiqəyə 2 QOL

Arda Turanın komandası ikinciliyə yüksəldi - 3 dəqiqəyə 2 QOL

Tarix: 12 Dekabr 2025 09:12

UEFA Konfrans Liqasının 5-ci turunda Arda Turanın çalışdırdığı "Şaxtyor Donetsk" Maltada baş tutan qarşılaşmada "Hamrun" üzərində 2:0 hesablı qələbə əldə edib və qrupdakı mövqeyini bir qədər də gücləndirib.

Sonxeber.net-ın məlumatına görə, Ukrayna təmsilçisi ardıcıl üç dəqiqə ərzində vurduğu qollarla vacib xal qazanıb və bununla da turnir cədvəlində ikinci yerə yüksəlib.

Matçın 61-ci dəqiqəsində Luka Meyrelles hesabı açıb. Bundan qısa müddət sonra - 64-cü dəqiqədə İsak oyundakı ikinci qolu vuraraq komandasının üstünlüyünü artırıb.

Bu nəticə "Şaxtyor Donetsk"in xal sayını 12-yə çatdırıb və komanda qrupda ikinci pillədə qərarlaşıb. "Hamrun" isə 3 xalla sonuncu sırada yer alır.

Son turda Arda Turanın komandası doğma meydanda "Rijeka" ilə qarşılaşacaq. "Hamrun" isə səfərdə "Şemrok Rovers"lə üz-üzə gələcək.

Hüseyn


Etiketlər:  Arda Turanın komandası ikinciliyə yüksəldi dəqiqəyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ