Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 14:40
2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 58571,3 milyon manatlıq məhsul satılıb xidmət subyektləri tərəfindən 13233,4 milyon manatlıq ödənişli xidmət göstərilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 8,9 faiz artıb. Ticarət şəbəkəsində 31937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.