Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli məşhur şərhçi Nəriman barədə danışdı:'' Bu uşaq niyə belədir?'' - VİDEO

Türkiyəli məşhur şərhçi Nəriman barədə danışdı:'' Bu uşaq niyə belədir?'' - VİDEO

Tarix: 12 Dekabr 2025 17:42

Türkiyəli məşhur futbol şərhçisi və aparıcısı Ertem Şener "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə ilə bağlı yayılan tənqidlərə münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, Şener "Qarabağ"-"Ayaks" matçından sonra sosial şəbəkələrdə Nərimana qarşı sərt reaksiyaların artmasına etiraz edib və onun günahkar kimi göstərilməsinin doğru olmadığını vurğulayıb.

Şener bildirib ki, komandanın məğlubiyyəti bir futbolçunun üzərinə yüklənə bilməz:

"Dünənki yağışı da Nəriman yağdırıb, tıxaca da o səbəb olub. Nəriman oyuna məğlub olmaq üçün çıxmaq istəməyib. O uşaq qədər kim istəyə bilər qazanmağı?"

Şərhçinin sözlərinə görə, Nəriman tənqidlərdən daha çox özü-özünə əsəbləşir və hal-hazırda vəziyyəti ən ağır şəkildə yaşayan elə futbolçunun özüdür:

"İndi o, göz yaşlarını içinə axıdır. Əsas sual budur: bu uşaq niyə belədir? Sizin əsəbləşməyinizə ehtiyac yoxdur, onsuz da o, özü-özünə dəfələrlə əsəbləşib. Bir az empatiya hissiniz olsun" .

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə məğlub olub.

Fidan


Etiketlər:  Türkiyəli məşhur şərhçi Nəriman barədə danışdı uşaq niyə belədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ