Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ABŞ şirkəti ilə süni intellekt sahəsində imkanlarını genişləndirməyi müzakirə edib

Azərbaycan ABŞ şirkəti ilə süni intellekt sahəsində imkanlarını genişləndirməyi müzakirə edib

Tarix: 12 Dekabr 2025 17:04

Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) şirkəti ilə süni intellekt sahəsində imkanlarının genişləndirilməsini müzakirə edib.

Sonxeber.net xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

“ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüş keçirdik. Görüşdə Azərbaycanın süni intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivlərini müzakirə etdik. Həmçinin “AMD” ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.


Etiketlər:  Azərbaycan ABŞ şirkəti ilə süni intellekt sahəsində imkanlarını genişləndirməyi müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ