Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 19:36
Disney OpenAI-a 1 milyard dollar sərmayə qoyaraq süni intellekt sahəsində yeni əməkdaşlığa imza atıb.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Üçillik lisenziyalaşdırma müqaviləsinə əsasən, Disney-in Mikki Maus, Zoluşka, Marvel, Pixar və Star Wars dünyasından 200-dən çox personajı OpenAI-nin video generasiya aləti Sora-ya inteqrasiya olunacaq.
Bu, Disney-in generativ süni intellekt sahəsində ilk böyük məzmun lisenziyası tərəfdaşlığıdır. Sora istifadəçiləri sadəcə mətn sorğuları ilə tanınmış personajlara əsaslanan videolar yarada və paylaşa biləcəklər.
Digər tərəfdən, Disney müəllif hüquqları ilə qorunan personajların icazəsiz istifadəsinə qarşı çıxaraq, Google-dan sonra OpenAI-yə də süni intellekt modellərinin öyrədilməsi üçün bu materiallardan istifadəni dayandırmaq tələbini irəli sürüb.
Hər iki şirkət süni intellektin məsuliyyətli istifadəsi, istifadəçilərin təhlükəsizliyi və yaradıcı hüquqlarının qorunmasına sadiq olduqlarını vurğulayıb.