Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 21:40
“Nant”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Ahmed Kantariyə həvalə olunub. Mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Kantari bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Luiş Kaştrunu əvəzləyib.
Qeyd edək ki, “Nant” hazırda Liqa 1-in turnir cədvəlində 11 xalla 17-cidir.