Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 11:00
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda su elektrik stansiyalarında (KES) 2,666 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.
Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 milyon kVt-saat və ya 2% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrik stansiyalarında 20,445 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk 11 ayındakı göstərici ilə müqayisədə 183,4 milyon kVt-saat və yaxud 0,9% artım deməkdir.
İstilik elektrik stansiyalarında əldə edilmiş enerjinin 172,9 milyon kVt-saatı tullantıların yandırılmasından alınan elektrik enerjisi təşkil edib. Bu isə ötən ilin yanvar-noyabr aylarındakı göstəricyə nisbətən 9,9 milyon kVt-saat və ya 5,4% azdır.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil edib.