Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan boksçusu dünya çempionatında final döyüşünə çıxır - Rəqibi ermənidir

Azərbaycan boksçusu dünya çempionatında final döyüşünə çıxır - Rəqibi ermənidir

Tarix: 13 Dekabr 2025 11:26

BƏƏ-nin Dubay şəhərində kişilər arasında İBA-nın himayəsi altında keçirilən boks üzrə dünya çempionatı başa çatmaq üzrədir

QOL.az-ın məlumatına görə, mundialın sonuncu günündə rinqə çıxacaq yeganə Azərbaycan təmsilçisi Sübhan Məmmədov final görüşünü keçirəcək.

Döyüşlər Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Azərbaycanlı boksçu 48 kq çəki dərəcəsində qızıl medal uğrunda mübarizə aparacaq.

S.Məmmədovun rəqibi Rusiyanı təmsil edən erməniəsilli Edmond Hudoyan olacaq.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan ümumilikdə 11 boksçu ilə təmsil olunub. Onlardan səkkizi yarışı medalsız başa vurub. Daha iki idmançı – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) – bürünc medal qazanıb.


Etiketlər:  Azərbaycan boksçusu dünya çempionatında final döyüşünə çıxır Rəqibi ermənidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ