Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 13:00
“Real”ın müdafiəçisi Antonio Rüdiger karyerasını «Qalatasaray»da davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi 32 yaşlı alman futbolçunu qış transfer pəncərəsində əsas hədəf kimi nəzərdən keçirir. «Qalatasaray”ın baş məşqçisi Okan Burukun da Rüdigerin transferində maraqlı olduğu qeyd olunur. Klub əvvəlcə futbolçunun özü ilə danışıqlar aparmağı, daha sonra isə Madrid təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından “Real”ın formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 161 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid klubu ilə mövcud müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt portalına görə, Rüdigerin bazar dəyəri 12 milyon avro təşkil edir.