Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 14:04
Türkiyənin "Fənərbaxça" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sonxeber.net türk KİV-lərə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sançodur.
"Fənərbaxça" ingiltərəli vingerin müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlayacaq. Super Liqa klubu "qırmızı şeytanlar"la 6 aylıq sözləşməsi qalan 25 yaşlı ön xətt oyunçusunu münasib qiymətə transfer edə biləcəyinə ümid edir.
Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində "Aston Villa"ya keçib.