Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?

Tarix: 13 Dekabr 2025 15:36

2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 233,4 milyon manat təşkil edib. 

Sonxeber.net valyuta.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövründə ödənişli xidmətlərin həcmi 11 milyard 394,5 milyon manat təşkil edib.

İllik müqayisədə ödənişli xidmətlərin dəyəri 1 milyard 839,5 milyon manat, yaxud 27,31% artıb.

Hesabat dövründə göstərilən ödənişli xidmətlərin 2 milyard 933,9 milyon manatı dövlət mülkiyyəti, 10 milyard 299,5 milyon manatı isə qeyri-dövlət mülkiyyəti sektorunun payına düşüb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə hər bir sakin orta hesabla 1292,0 manatlıq ödənişli xidmətlərdən istifadə edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 175,4 manat çoxdur.


Etiketlər:  Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri qədər artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ