Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı

“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı

Tarix: 13 Dekabr 2025 17:16

“Çelsi” Niderlandın “AZ Alkmar”ın yarımmüdafiəçisi Kes Smiti hədəfə alıb.

QOL.az xəbər verir ki, bu barədə “iNews” nəşri məlumat yayıb. Məlumata görə, “zadəganlar” 19 yaşlı futbolçunun nümayəndələri ilə ilkin əlaqə yaratsalar da, hələlik rəsmi transfer təklifi göndərməyiblər. Klubun qış fasiləsində bazar aktivliyini aşağı tutacağı, bu səbəbdən də keçidi məhz yay aylarında reallaşdırmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxaraq 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan gənc oyunçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.


Etiketlər:  Çelsi dəfə niderlandlı futbolçunu hədəfə aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ