Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazandı - Rəqibi erməni idi

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazandı - Rəqibi erməni idi

Tarix: 13 Dekabr 2025 17:34

Azərbaycan boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

QOL.az xəbər verir ki, mundialın sonuncu günündə rinqə çıxan yeganə Azərbaycan təmsilçisi Sübhan Məmmədov final görüşünü keçirib. O, final qarşılaşmasında Rusiya təmsilçisi Edmond Xudayanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan ümumilikdə 11 boksçu ilə təmsil olunub. Onlardan səkkizi yarışı medalsız başa vurub. Daha iki idmançı – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) – bürünc medal qazanıb.


Etiketlər:  Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazandı Rəqibi erməni


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ