Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boksçumuz ermənini məğlub edərək dünya çempionu oldu

Boksçumuz ermənini məğlub edərək dünya çempionu oldu

Tarix: 13 Dekabr 2025 18:38

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.

Sonxeber.net xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.


Etiketlər:  Boksçumuz ermənini məğlub edərək dünya çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ