Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyalı futbolçu karyerasını başa vurdu

Braziliyalı futbolçu karyerasını başa vurdu

Tarix: 13 Dekabr 2025 18:08

Braziliyanın “San-Paulo” klubunun yarımmüdafiəçisi Oskar peşəkar futbolçu karyerasını başa vurmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb. Bildirilir ki, 34 yaşlı futbolçu səhhətində yaranan ciddi problemlər səbəbindən futbolla vidalaşmaq qərarına gəlib və yaxın günlərdə bunu rəsmi şəkildə açıqlayacaq.

Qeyd olunur ki, ötən ay məşq zamanı qəfil huşunu itirən təcrübəli oyunçu tibbi müayinədən sonra ürəyində ciddi problem aşkarlanıb. Bu səbəbdən klub rəhbərliyi ilə görüşən Oskar karyerasını davam etdirə bilməyəcəyini bildirib.

Xatırladaq ki, braziliyalı futbolçu Avropa azarkeşlərin yaddaşında daha çox Londonun “Çelsi” klubundakı çıxışı ilə qalıb. O, “zadəganlar”ın heyətində keçirdiyi 203 rəsmi matçda 38 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Braziliyalı futbolçu karyerasını başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ