Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 17:24
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 22 ölkədən 4,515 milyard ABŞ dolları dəyərində 44 441 kiloqram qızıl idxal edilib.
Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən qızılın dəyəri 2,4 milyard ABŞ dolları və ya 2,1 dəfə, həcmi isə 17,3 min kiloqram və ya 1,6 dəfə artıb.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Avstraliya, Rusiya, Böyük Britaniya (ABŞ) daxil olub.
Cari ilin ilk 10 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:
|
Ölkələr |
Qızılın həcmi (kq) |
Qızılın dəyəri (min ABŞ dolları) |
|
Qazaxıstan |
2556,83 |
262172,89 |
|
Qırğızıstan |
417,36 |
44617,82 |
|
Özbəkistan |
2200,91 |
246338,19 |
|
Rusiya |
6783,68 |
656760,54 |
|
Amerika Birləşmiş Ştatları |
4453,16 |
458836,39 |
|
Avstraliya |
7104,22 |
760187,83 |
|
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı |
4860,9 |
481268,41 |
|
Braziliya |
1021,46 |
953118,81 |
|
Cənubi Afrika Respublikası |
2526,6 |
267467,72 |
|
Çin |
1186,22 |
109542,7 |
|
Çinin xüsusi inzibati rayonu Honkonq |
184,29 |
16723,14 |
|
Filippin |
278,61 |
28344,69 |
|
İsveçrə |
3453,45 |
396289,23 |
|
Kanada |
1398,88 |
132316,32 |
|
Meksika |
2557,6 |
233513,81 |
|
Türkiyə |
1157,28 |
99314,6 |
|
Yaponiya |
149,89 |
15586,09 |
|
Zimbabve |
12,2 |
1133,44 |
|
Almaniya |
1062,49 |
95859,22 |
|
İspaniya |
692,15 |
73156,09 |
|
İsveç |
38,16 |
4099,74 |
|
İtaliya |
296,48 |
31249,34 |
|
Rumıniya |
48,12 |
4960,59 |
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 593 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 425,6 kiloqram və ya 19,6% artıb. Ötən ilin ilk 10 ayında Azərbaycanda 2 167 kiloqram qızıl istehsal olunmuşdu.
Bu ilin noyabr ayının 1-nə ölkədə hazır qızıl ehtiyatının miqdarı 69,7 kiloqram olub.
Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.