Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən çox şikayət edilən banklar AÇIQLANDI

Ən çox şikayət edilən banklar AÇIQLANDI

Tarix: 13 Dekabr 2025 19:48

Azərbaycan Mərkəzi Bank (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank "Bank BTB" ASC olub. Bu bankda şikayət indeksi 5.11-dir.

Növbəti yerləri "Yelo Bank" ASC (2.88) və "Unibank" ASC (2.34) bölüşür.

Ən az şikayət olunan bank 0.31 indekslə "Paşa Bank" ASC-dır. Bu sırada "Bank Respublika" ASC 0.68 indekslə ikincidir.

Cədvəldə yer almayan banklar üzrə ay ərzində AMB-yə şikayət daxil olmayıb.

Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır.

Şikayət indeksi hər bir bank üzrə şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vətəndaşların bank seçimi zamanı məlumatlı qərar verməsinə kömək məqsədi daşıyır və aylıq əsasda dəyişə bilər.


Etiketlər:  çox şikayət edilən banklar AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ