Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən həftə əməliyyatlar zamanı 3 nəfərin meyiti təhvil verilib - FHN

Ötən həftə əməliyyatlar zamanı 3 nəfərin meyiti təhvil verilib - FHN

Tarix: 15 Dekabr 2025 09:45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 115 yanğına çıxış, 25 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Sonxeber.net xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 29 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 3 nəfərin meyiti təhvil verilib.


Etiketlər:  Ötən həftə əməliyyatlar zamanı nəfərin meyiti təhvil verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ