Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər'' mövzusunda konfrans keçirilir

Bakıda ''Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər'' mövzusunda konfrans keçirilir

Tarix: 15 Dekabr 2025 10:12

Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçirilir.

Sonxeber.net xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edir.

Konfrans çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin çıxışları dinləniləcək, müzakirələr aparılacaq.

Tədbirin məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə və vətənə sədaqət ruhunda böyüməsi, eyni zamanda yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin sistemli təşkilidir.

Xəbər yenilənəcək


Etiketlər:  Bakıda Dini düşüncə mədəniyyəti pedaqoji perspektivlər mövzusunda konfrans keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ