Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın tədiyə balansında 1,1 milyard dollar kəsir yaranıb

Azərbaycanın tədiyə balansında 1,1 milyard dollar kəsir yaranıb

Tarix: 15 Dekabr 2025 11:36

2025-ci ilin 9 ayında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkil edib.

Sonxeber.net xəbər verir ki, bu barədə bu gün Azərbaycan Mərkəzi Bankının tədiyyə balansının 9 aylıq nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin 9 ayı üzrə tədiyyə balansı 181,6 milyon dollar həcmində profisitli olub: "Bu şəraitdə ölkənin strateji valyuta aktivləri 81,5 milyard ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit qeydə alınıb (2024-cü ilin 9 ayında 4,0 milyard ABŞ dolları profisit)".

"Hesabat dövründə xam neftin orta qiyməti 70 ABŞ dolları/barel olub. Müqayisə üçün, 2024-cü ilin 9 ayında bu göstərici 86 ABŞ dolları/barel səviyyəsində formalaşmışdı. Təbii qazın qiyməti isə 12% artaraq min kubmetr üzrə 294 dollara qalxıb", - deyə əlavə edilib.


Etiketlər:  Azərbaycanın tədiyə balansında milyard dollar kəsir yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ