Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 11:44
VTB (Azərbaycan) 2025-ci ilin sonuna qədər yeni aksiyaya start verdi. Kampaniya çərçivəsində Bank nağd kreditlər üzrə endirimli faiz dərəcələri təklif edir. Müştərilər daha aşağı faizlə və 0% komissiya ilə kredit əldə edə bilərlər.
"Bayram ərəfəsində əhalimizin maliyyəyə ehtiyacı ənənəvi olaraq artır və kredit məhsullarını daha əlçatan etmək üçün biz faiz dərəcələrini endirdik və komissiyanı tamamilə aradan qaldırdıq. Bu, nağd krediti daha sərfəli şərtlərlə əldə etmək üçün əla fürsətdir", - deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə Biznesin rəhbəri Yaşar Kərimov deyib.
Aksiya 15 dekabr - 31 dekabr 2025-ci il tarixlərində baş tutacaq.
VTB (Azərbaycan) ASC-nin məhsul və xidmətləri haqqında məlumatı filiallarda, https://vtb.az/ rəsmi veb saytında, 986 qısa nömrəsinə zəng etməklə və sosial media səhifələrində əldə etmək olar.