Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 11:56
Çinin “China Eastern Airlines” hava yolları şirkəti dünyanın ən uzun məsafəli kommersiya aviareysini uğurlu şəkildə həyata keçirib. 12400 mil məsafəni əhatə edən hava reysi ümumilikdə 29 saat çəkib.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Şanxaydan qalxan “Boeing 777-300ER” təyyarəsi son təyinat nöqtəsi olan Buenos Ayresə (Argentina) çatana qədər yanacaq dolumu və ekipaj üzvlərinin rotasiyası məqsədilə Ouklendddə (Yeni Zelandiyada) eniş edib.
Yeni aviamarşrut üzrə uçuşların il ərzində həftədə iki dəfə olmaqla yerinə yetiriləcəyi və Çinlə Cənubi Amerikanın ən iri şəhərlərini birləşdirəcəyi bildirilir.