Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc nəsil arasında dindarlaşma prosesi daha dinamikdir - Prorektor

Gənc nəsil arasında dindarlaşma prosesi daha dinamikdir - Prorektor

Tarix: 15 Dekabr 2025 12:42

Gənc nəsil arasında dindarlaşma prosesi daha dinamik şəkildə müşahidə olunur.

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində müstəqillikdən sonra dindarlaşma prosesi başlayıb:

“Bu proses əvvəlcə nisbətən tədricən inkişaf etsə də, sonradan qloballaşan dünyada baş verən xarici təsirlərin də təsiri ilə surətləndi. Xüsusilə gənc nəsil arasında dindarlaşma prosesi daha dinamik şəkildə müşahidə olunur. Biz gənclərin dini dəyərlərə maraq göstərməsini təbii və normal qarşılayır, eyni zamanda onların fanatizm və radikalizmdən uzaq olmasını da arzulayırıq. Dini dəyərlərin düzgün və sağlam şəkildə öyrədilməsi xüsusi əhəmiyyət daşıyır. Yanlış, radikal və ya təhrif olunmuş dini yanaşmalar həm fərd, həm də cəmiyyət üçün ciddi təhlükələr yarada bilər. Bu səbəbdən əsas məqsəd gənclərdə sağlam dini düşüncə formalaşdırmaq, onları həm mənəvi dəyərlərə bağlı, həm də radikalizm və ekstremizmdən uzaq, məsuliyyətli vətəndaşlar kimi yetişdirməkdir”.


Etiketlər:  Gənc nəsil arasında dindarlaşma prosesi daha dinamikdir Prorektor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ