Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslərdən 10 kq marixuana və tiryək aşkarlandı

Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslərdən 10 kq marixuana və tiryək aşkarlandı

Tarix: 15 Dekabr 2025 12:51

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.

Sonxeber.net xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


Etiketlər:  Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslərdən marixuana tiryək aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ