Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin heç kimi nüvə silahı ilə hədələməyib - Qrossi

Putin heç kimi nüvə silahı ilə hədələməyib - Qrossi

Tarix: 15 Dekabr 2025 12:36

Rusiya prezidenti heç kəsi nüvə silahı ilə hədələməyib.

Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ispan nəşrlərindən birinə müsahibəsində bildirib.

"Mən onun nüvə hücumu ilə hədələməsini qeydə almamışam”,- deyə o bildirib.

Qrossinin sözlərinə görə, o, Rusiya prezideti Vladimir Putinin yalnız ekzistensial təhlükə vəziyyətində nüvə silahlarının mövcud olduğunu bildirən bəyanatı görüb.

"Bu, əslində demək olar ki, bütün ölkələrin nüvə silahından istifadə doktrinasıdır" – deyə BAEA baş direktoru əlavə edib.

O, nüvə silahları ilə bağlı beynəlxalq gərginliyin artdığını və "gizli riskin" mövcud olduğunu qeyd edib.


Etiketlər:  Putin heç kimi nüvə silahı ilə hədələməyib Qrossi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ