Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 11:32
Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə olunmur.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas danışıb.
“Bir halda ki, Ukraynanın NATO-ya üzvlüyü daha müzakirə olunmur, Avropa İttifaqı gərək həqiqətən ciddi təhlükəsizlik zəmanətləri ortaya qoymalıdır, hansısa kağızı yox. Bu real qoşunlar, real hərbi imkanlar olmalıdır”, - deyə Kallas Aİ XİN rəhbərlərinin zirvə toplantısına gələrkən jurnalistlərə bildirib.
Qeyd edək ki, bu gün keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısında Rusiyaya qarşı növbəti sanksiyalar paketinin təsdiqlənəcəyi gözlənilir.