Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 11:46
"Barselona"nın yarımmüdafiəçisi Pedri Kataloniya təmsilçisinin heyətində La Liqada 150 rəsmi oyununu keçirib.
QOL.az "Opta"ya istinadən xəbər verir ki, onun yubileyi La Liqanın 16-cı turunda "Osasuna" ilə matça təsadüf edib. Bu oyun "Barselona"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Pedri 150 oyun həddinə çatmaqla "Barselona"nın sabiq futbolçusu Lionel Messininrekordunu qırıb. O, La Liqada 150 matç Bu matç keçirən ən gənc "Barselona" oyunçusu adını qazanıb - 23 yaş 18 gün. Messinin rekordu isə 23 yaş 121 günə bərabər idi.
Qeyd edək ki, Pedri "Barselona"nın heyətində La Liqada debütünü 27 sentyabr 2020-ci ildə "Vilyarreal"a qarşı oyunda edib.