Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ağzına gələn şərhləri yazırlar'' - Yaşar Nurinin xanımı qızının vəfatından danışdı - FOTO

''Ağzına gələn şərhləri yazırlar'' - Yaşar Nurinin xanımı qızının vəfatından danışdı - FOTO

Tarix: 15 Dekabr 2025 11:20

Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından danışıb.

Sonxeber.net xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan R.Nuriyeva övladını itirdikdən sonra insanlardan uzaqlaşdığını bildirib:

"Şərhlər yazırlar, başına gəlməyən ağzına gələni yazır. Mənim keçirtdiyim müzakirə edilməməlidir. Hər zaman demişəm ki, kimə nə maraqlıdırsa mənə zəng etsin soruşsun. Yaşar Nurinin vəfatından sonra düşünürdüm ki, nəyimsə yoxdur. Sonra fəxr etdim: küçəyə çıxa bilmirdim ki, hamı deyir Yaşarın həyat yoldaşı. İndi isə lap qəribədir. Küçədə kim görür yaxınlaşır və qızım itkisini soruşur. Buna görə insanlardan uzaqlaşmışam".

Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər isə müğənnidir. Ülviyyə bir neçə həftə əvvəl qəfil ürəktutmasından dünyasını dəyişib. 


Etiketlər:  Ağzına gələn şərhləri yazırlar Yaşar Nurinin xanımı qızının vəfatından danışdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ