Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xidmətlər balansının kəsiri 13% azalıb

Xidmətlər balansının kəsiri 13% azalıb

Tarix: 15 Dekabr 2025 11:52

Tədiyə balansının əsas komponentlərindən olan xidmətlər balansı kəsrlidir. Lakin buna baxmayaraq xidmətlər balansının kəsiri ötən ilin ilk 9 ayına nisbətən 13% azalıb.

Sonxeber.net xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

Onun sözlərinə görə, bu kəsiri formalaşdıran əsas amillər neft-qaz sektoru ilə əlaqədardır: "Belə ki, neft-qaz sektorunda göstərilən tikinti və digər işgüzar xidmətlər xidmətlər balansının kəsirini şərtləndirən əsas amillərdir.

Lakin artıq bir müddətdir ki, tədiyə balansında xidmətlər balansı bölməsində nəqliyyat və turizm xidmətləri profisitli olub. Belə ki, bu ilin ilk 9 ayında nəqliyyat xidmətlərinin profisiti xalis olaraq 1,3 milyard dollara çatıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 50% artım deməkdir. Nəqliyyat xidmətlərinin profisiti dedikdə neft-qaz ixracı ilə bağlı gəlirlər nəzərdə tutulur. Həmçinin burada sərnişindaşıma və yükdaşıma xərcləri də qeyd olunmalıdır".

"Turizm xidmətləri isə bu ilin ilk 9 ayında 320 milyon dollarlıq xalis profisitlə yekunlaşıb. Bunun əsas səbəbi ölkəyə gələn xarici turistlərə əlaqədardır. Belə ki, Bu dövrdə ölkəyə 1,948 milyon nəfər turist gəlib", - S. Nəşrdə əlavə edib.


Etiketlər:  Xidmətlər balansının kəsiri azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ