Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz yıxılarıq, durarıq, amma sınmarıq'' - Qurban Qurbanov

''Biz yıxılarıq, durarıq, amma sınmarıq'' - Qurban Qurbanov

Tarix: 15 Dekabr 2025 12:36

"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq".

QOL.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Komanda.az" saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis rəhbərlik etdiyi kollektivin UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxışına münasibət bildirib:

"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var. Azərbaycana tanınmış klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər, futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı səviyyədə idi. Bu gün 60-70 dəqiqə tab gətirə biliriksə, deməli, sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə, çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq".

O, azarkeşlərdən komandaya dəstək vermələrini istəyib:

"İstərdik ki, bizə güvənəsiniz. Tənqidləri qəbul edirik. Düşünürəm ki, belə tənqidlər bizim xeyrimizədir. Bilirik ki, daha böyük komandalarla oynayacağıq. Amma layiqli mübarizə aparmağa çalışacağıq. Biz yıxılarıq, durarıq, amma sınmarıq. Qarabağ işğal altında olanda düşmənlər stadionlarımıza girdilər. Amma bilmirdilər ki, onları nə gözləyir. Cəsarətimizi artırmışıq və çətin oyunlarda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Bu, vacib amillərdən biridir. Belə mübarizə olmasa, istənilən səviyyəyə çata bilmərik. Mən insanlardan neqativ heç nə görməmişəm. Neqativ düşünə də bilmərəm. Məğlub olsaq da, həvəsdən düşmürük və daha yaxşısını etməyə çalışırıq".

Qeyd edək ki, Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb (Report).


Etiketlər:  yıxılarıq durarıq amma sınmarıq Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ