Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspan klubunun baş məşqçisi qovuldu

İspan klubunun baş məşqçisi qovuldu

Tarix: 15 Dekabr 2025 11:52

İspaniyanın "Real Sosyedad" klubunda baş məşqçi dəyişikliyi baş verib.

Sonxeber.net xəbər verir ki, San-Sebastyan təmsilçisi Serxio Fransisko ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 46 yaşlı mütəxəssislə yanaşı onun köməkçisi Yosu Rivas da komandanı tərk edib.

Bildirilir ki, mövsümün sonuna qədər "Real Sosyedad"a əvəzedici heyətin baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun məşqçilər korpusunda isə İmanol Aqirreçe yer alacaq.

Qeyd edək ki, komanda hazırda La Liqada 16 turdan sonra topladığı 16 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Serxio Fransisko bu vəzifəyə cari ilin iyul ayında təyin edilmişdi.

Musa


Etiketlər:  İspan klubunun baş məşqçisi qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ