Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-oktyabr aylarında İtaliya Azərbaycandan qaz idxalının həcmini artırıb

Yanvar-oktyabr aylarında İtaliya Azərbaycandan qaz idxalının həcmini artırıb

Tarix: 15 Dekabr 2025 09:56

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan İtaliyaya 3,876 milyard ABŞ dolları dəyərində 7,903 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Sonxeber.net bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində göstərici 628 milyon ABŞ dolları və ya 3,3 faiz azalıb, həcm baxımından isə 612 milyon kubmetr və ya 21 faiz artıb.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan İtaliyaya 8,063 milyard kubmetr təbii qaz ixrac edilib və bu ixracın ümumi dəyəri 3,248 milyard ABŞ dolları olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir, həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faiz azalıb.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsində isə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.


Etiketlər:  Yanvar oktyabr aylarında İtaliya Azərbaycandan idxalının həcmini artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ