Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə ''Qış nağılı'' bayram yarmarkası keçiriləcək (FOTO)

Xankəndidə ''Qış nağılı'' bayram yarmarkası keçiriləcək (FOTO)

Tarix: 15 Dekabr 2025 10:14

Xankəndi. Trend:

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək.

Sonxeber.net-in məlumatına görə, dekabrın 27-də şəhərin Zəfər meydanında "Qış nağılı" olacaq.

Bayram yarmarkası yanvarın 5-dək davam edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək. 31 dekabrda möhtəşəm atəşfəşanlıq olacaq.

Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydanda şam ağacı qurulub. Küçələr, parklar Yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır. Sizi Xankəndi qış nağılı yarmarkasına dəvət edirik. Xankəndi hər addımınızı macəraya çevirəcək.

Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə Xankəndidə


Etiketlər:  Xankəndidə Qış nağılı bayram yarmarkası keçiriləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ