Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 09:40
Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Bolqarıstana 576,8 milyon ABŞ dolları dəyərində 1,589 milyard kubmetr təbii qaz ixrac edilib.
Sonxeber.net bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə göstərici dəyər ifadəsində 79,1 milyon ABŞ dolları və ya 16 faiz artıb, həcm baxımından isə 37 milyon kubmetr və ya 2,4 faiz çoxalıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan Bolqarıstana 1,552 milyard kubmetr təbii qaz ixrac edilib və bu ixracın ümumi dəyəri 497,1 milyon ABŞ dolları olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir, həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faiz azalıb.
Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsində isə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.