Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Tarix: 15 Dekabr 2025 09:36

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Sonxeber.net-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilir ki, 15-19dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.


Etiketlər:  Pirəkəşkül Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ