Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaşenkonun Trampla xanımına etdiyi hədiyyə məlum oldu

Lukaşenkonun Trampla xanımına etdiyi hədiyyə məlum oldu

Tarix: 15 Dekabr 2025 09:45

ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Kolun Minskə səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa və onun xanımı Melaniyaya hədiyyələr göndərib.

Sonxeber.net-ın xarici mətbuata istinadən yaydığı məlumatına görə, Lukaşenko Donald Trampa Müqəddəs Nikolayın ikonası, Melaniyaya isə zərgərlik məmulatları təqdim edib.

Xatırladaq ki, ABŞ-nin Belarus üzrə xüsusi elçisi ölkəyə cümə günü səfər edib. Həmin gün Lukaşenko ilə Con Kol arasında danışıqlar başlayıb və şənbə günü də davam etdirilib. Qapalı formatda keçirilən görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Venesueladakı mövcud vəziyyət, həmçinin Ukrayna münaqişəsinin həlli yolları müzakirə olunub.

Hüseyn


Etiketlər:  Lukaşenkonun Trampla xanımına etdiyi hədiyyə məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ