Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 09:16
Misli Premyer Liqasının XV turuna bu gün iki oyunla yekun vurulacaq.
Sonxeber.net xəbər verir ki, əvvəlcə "İmişli" Qubada "Karvan-Yevlax"la üz-üzə gələcək.
Görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:00-da start götürəcək. "İmişli" turnir cədvəlində 15 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik "Karvan-Yevlax" sonuncu - 12-cidir.
Turun son matçı "Palms Sports Arena"da baş tutacaq. "Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 19:00-da başlayacaq. "Neftçi" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.
Misli Premyer Liqası
II dövrə, XV tur
15 dekabr
14:00. "İmişli" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
19:00. "Neftçi" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
"Palms Sports Arena"
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib.