Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bir neçə məktəbin adı dəyişdirildi

Bakıda bir neçə məktəbin adı dəyişdirildi

Tarix: 23 Oktyabr 2025 12:32

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adları dəyişdirilib.

Sonxeber.net teleqraf-a istinadən xəbər verir ki, həmin məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib.

Dəyişikliyə əsasən Ramana qəsəbəsində fəaliyyət göstərən Malıbəyli kənd tam orta məktəbi bundan sonra Bakı şəhəri 339 nömrəli tam orta məktəb adlanacaq. Həmçinin 9 saylı Şuşa tam orta məktəbinin adı Bakı şəhəri 343 nömrəli tam orta məktəb, Füzuli rayon 4 nömrəli tam orta məktəbi isə Bakı şəhəri 199 nömrəli tam orta məktəb olaraq dəyişdirilib.


Etiketlər:  Bakıda neçə məktəbin adı dəyişdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ