Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 14:32
AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib.
Sonxeber.net xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.
08.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sabah" - "Neftçi" oyununda "Neftçi" azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" - "İmişli" oyununun 90+13-cü dəqiqəsində "Sumqayıt" komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 1000 manat cərimə edilsin (maddə 17.6, 17.7)
09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" - "İmişli" oyununda "İmişli" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1);