Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 13:26
Rays Universitetinin qadın futbol komandasının üzvü Kler Treysi 19 yaşında dünyasını dəyişib.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Treysi dekabrın 7-də vəfat edib. Onun ölümünün səbəbi açıqlanmayıb. Treysinin cəsədinin universitetdən 2 blok aralıda, bir yaşayış kompleksində tapıldığı bildirilir.
Qeyd edək ki, 2024-cü ilin payızından Viskonsin ştatının Menomonee Falls şəhərindən Rays Universitetində oxuyan Treysi məktəb rəsmilərinin dediyinə görə, fəal tələbə və liseyini çoxsaylı çempionluq titullarına aparan istedadlı bir idmançı olub.