Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı - VİDEO

Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı - VİDEO

Tarix: 10 Dekabr 2025 12:02

Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri çərçivəsində Xarici Əlaqələr Assosiasiyasındakı görüşü zamanı Azərbaycanın bu ölkədəki səfiri Nəsimi Ağayev onu ermənicə salamlayıb.

Sonxeber.net xəbər verir ki, bununla bağlı görüntüləri "Sputnik Ermənistan" yayıb. 

Paşinyana erməni dilində "Almaniyaya xoş gəlmisiniz" deyən səfir çıxışına ingilis dilində davam edib. 

Paşayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir:

"Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub".

Qeyd edək ki, səfirimizin Paşinyanı ermənicə salamlaması erməni mediasında müzakirə mövzusuna çevrilib.


Etiketlər:  Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ