Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 10:45
Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtomobil tuneli ("Şamaxinka tuneli") əslində rəngli imiş.
Sonxeber.net xəbər verir ki, ötən illər ərzində tunelin divarları çirkdən rəngini tam dəyişib.
Belə ki, 20 yanvar metrostansiyasının yaxınlığındakı ərazidə kimyəvi təmizlik vasitəsini test edən şəxs tunelin divarlarını yuyarkən divarların rəngli olduğunu görüb.
Qeyd edək ki, "Şamaxinka tuneli" 2007-ci ildə istifadəyə verilib. Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır.